"Kriminal qiraət" filminin musiqi yazarı vəfat edib

"Kriminal qiraət" filminin musiqi yazarı vəfat edib
18 mart 2019
# 16:54

Amerikalı gitara ifaçısı Dik Deyl 81 yaşında vəfat edib.

Kulis.az-ın bu barədə rus mətbuatına istinadən xəbər verir.

Deyl serf-rok musiqi üslubunun banisi hesab olunur. The Beach Boys и The Ventures qruplarında məşhurlaşıb. Musiqi karyerası boyunca 11 albom buraxıb. Kventin Tarantinonun “Kriminal qiraət” filminin giriş titrlərində gedən “Misirlou” mahnısı kult hesab olunur və ifaçıya böyük şöhrət gətirir.

Gitaraçı dəfələrlə televiziyada çıxış edib, həmçinin , “Beverli Hillz 902 10”, “Amerikalı vampir”, “Sevişək” və başqa seriallarda kameo (məşhurun hansısa film, tamaşa və ya serialda epizodda oynaması) kimi çıxış edib.

# 1921 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #