Berlin kinofestivalında məhkumlar da iştirak edəcək

Berlin kinofestivalında məhkumlar da iştirak edəcək
31 yanvar 2018
# 10:19

Berlin kinofestivalı ilk dəfə olaraq yerli həbsxanalardan birində nümayiş təşkil edəcək.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, tədbir fevralın 23-nə planlaşdırılıb.

Tamaşaçılar Lars Kraumenin “Sakit inqilab” filmini görəcəklər. Film real hadisələrə əsaslanıb və 1956-cı ildə Cənubi Almaniyadakı rejimə qarşı çıxan tələbələrdən bəhs edir.

Kraume özü də məhkumlarla filmi müzakirə etmək üçün nümayişə gələcək.

Qeyd edək ki, oxşar tədbirlər 2009-cu ildə Oldenburq festivalından bəri keçirilir. Tribeca kino institutu Amerika həbsxanalarında vaxtaşırı film nümayişləri təşkil edir.

Xatırladaq ki, Berlin Beynəlxalq Kino Festivalı fevralın 15-dən 25-dək keçiriləcək.

# 1826 dəfə oxunub

Müəllifin son yazıları

# # #