Rusiyanın xalq artisti vəfat etdi

Svetlana Braqarnik

Svetlana Braqarnik

27 fevral 2023
# 10:30

Rusiyanın xalq artisti, teatr və kino aktrisası Svetlana Braqarnik 79 yaşında vəfat etdi.

Kulis.az xəbər verir ki, bu barədə Moskva Dram Teatrının saytında məlumat verilib.

Svetlana Braqarnik 1944-cü ildə Aleksandrovskda adında anadan olub. 1968-ci ildə GİTİS-in aktyorluq fakültəsini bitirib, burada sovet aktyoru və müəllimi İosif Raevskinin kursunda oxuyub. Aktrisa 1972-ci ildən teatrda çalışıb. 1999-2003-cü il Müasir İncəsənət İnstitutunda aktyorluqdan dərs deyib.

O, daha çox V.Aristovun “Şeytan” filmi, “Son qurban” və “Gəlirli yer” teatr tamaşaları ilə yadda qalıb.

# 1027 dəfə oxunub

Müəllifin son yazıları

# # #