Cavid Təvəkküldən rejissorluq təlimi-VİDEO

Cavid Təvəkküldən rejissorluq təlimi-<span style="color:red;">VİDEO
19 dekabr 2014
# 11:10

Bu yaxınlarda "My Film school" Kino Məktəbi fəaliyyətə başlayacaq. Kulis.Azın məlumatına görə məktəbdə nəzəri biliklərlə yanaşı, praktiki məşğələlər də həyata keçiriləcək.

Tələbələr müxtəlif çəkiliş meydançalarında film istehsalını yaxından izləyəcək, ustadların köməyilə onlar müşahidəçi yox, bu prosesin iştirakçısına çevriləcəklər. Kursların sonunda tələbələr məhz ustadların nəzarəti altında öz kurs işlərini çəkəcəklər.

Rejissorluq Kursunun təlimçisi Cavid Təvəkküldür.

Öyrənəcəkləriniz:

Ssenari yazılışının əsasları. Kinodramaturgiya.

Ssenari yazılışı. Hadisə və əhvalatın qurulması.

Aktyorla iş qaydasının əsasları. Vəziyyətin və situasiyanın analizi, dərk edilməyi. Dinləmə, analiz etmə və qərar.

Operatorla iş və əsasları. Təsvirin ideyaya təsiri və görüntünün həlli. İşığın təsvirə təsiri və köməyi.

# 1395 dəfə oxunub

Müəllifin son yazıları

# # #