Qaçqın aktrisadan bəhs edən film Rusiyada

Qaçqın aktrisadan bəhs edən film Rusiyada
4 may 2018
# 14:33

“Gecikmə” sənədli filmi “Zolotoy Vityaz” beynəlxalq kinofesivalın müsabiqə proqramında iştirak edəcək. Bu barədə Kulis.aza "Aranfilm" yaradıcılıq birliiyindən məlumat verilib.

“Zolotoy Vityaz” beynəlxalq kinofesivalı 22-31 may tarixlərində Rusiyada keçiriləcək. XXVII dəfə keçirilən festivalda bu il 28 ölkədən 135 film nümayiş olunacaq.

ARB media şirkətinin “Aranfilm” yaradıcılıq mərkəzinin istehsalı olan “Gecikmə” sənədli filmi Ağdam teatrının aktrisası Fəqumə Yusifovanın qaçqın həyatından, aktrisa kimi uğursuzluğundan və əzablı həyatından bəhs edir.

Filmin rejissoru Tahir Tahiroviç, ssenari müəllifi Sevda Sultanova, operator Faiq Kərimov, prodüser İqbal Məmmədəliyev.

# 1005 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #