Azərbaycanlı gəncin “Xarıbülbül” rəsmi Norveç muzeyində nümayiş olunur

Azərbaycanlı gəncin “Xarıbülbül” rəsmi Norveç muzeyində nümayiş olunur
1 oktyabr 2024
# 13:26

Soydaşımız Səlim Abbaszadənin çəkdiyi "Xarıbülbül" adlı rəsm əsəri dünyanın 185 ölkəsini təmsil edən gənc rəssamların əl işləri ilə birlikdə Oslo Beynəlxalq Uşaq İncəsənət Muzeyinin (The International Museum Of Children's Art's) daimi sərgi salonunda nümayiş olunur.

Kulis.az xəbər verir ki, muzeydə əsəri sərgilənən ilk azərbaycanlı gənc Səlim Abbaszadənin “Tıq-tıq xanım” adlı əsəri isə muzeyin arxivində daimi saxlanılacaq.

Səlim Abbaszadənin rəsmlərindəki rəngarəngliyin və təbiət ünsürlərinin obrazlı təsvirinin "soyuq şimal"a istilik, sülh, gözəllik və birlik bəxş edəcəyini bildirən Oslo Beynəlxalq Uşaq İncəsənət Muzeyinin direktoru Anqela Qoldin gələcəkdə də Səlim Abbaszadə ilə əməkdaşlıq edəcəklərini diqqətə çatdırıb.

Qeyd edək ki, 2023-cü ildə Oslo Beynəlxalq Uşaq İncəsənət Muzeyində Norveç Azərbaycan Gənclər Təşkilat (NAYO) və Nizami Gəncəvi adına Azərbaycan dili həftəsonu məktəbinin təşkilatçılığı ilə Səlim Abbaszadənin "Qarabağı gözəl gördüm" adlı ilk sərgisi keçirilib.

# 476 dəfə oxunub

Müəllifin son yazıları

# # #