Məşhur rejissor seksual zorakılıqda ittiham olunur

Məşhur rejissor seksual zorakılıqda ittiham olunur
25 oktyabr 2017
# 11:41

200-dən çox qadın rejissor Ceymz Tobeki seksual zorakılıqda ittiham edib. Kulis.azın rus mətbuatına istinadən verdiyi məlumata görə bu bərədə Los Angeles Times qəzeti yazıb.

Bir müddət əvvəl qəzetdə dərc olunan məqalədə qeyd olunmuşdu ki, Tobekin zorakılıq etdiyi 38 qurbanından məlumat alıblar. Qadınların sözlərinə görə rejissor onlara küçədə və ya Manhettenin ictimai yerlərində yaxınlaşaraq özünün yeni filmində rol təklif edirmiş. Ancaq kastinq zamanı qadınlara sataşırmış.

Qəzet yazır ki, həmin materialın çapından sonra iki yüzdən çox qadın rejissordan şikayətçi olub.

Qeyd olunur ki, Los-Anceles polisinə də bu məzmunda şikayətlər daxil olub. Hüquq mühafizə orqanları yaxın günlərdə araşdırma aparacaqlarını bildiriblər.

# 798 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #