Məşhur serial homoseksuallara görə dayandırıldı

Məşhur serial homoseksuallara görə dayandırıldı
5 fevral 2015
# 13:25

Anqolada populyar serial olan “Jikulumessu” homoseksual münasibətlərin təsvir etdiyinə görə dayandırılıb.

Prodüserlər serialda iki kişinin öpüşməsinə görə tamaşaçılardan üzr istəyib.

Serialı istehsal edən şirkət Anqola prezidentinin övladlarına aiddir. Bundan başqa prezidentin oğlu Xose Eduardo Paulino serialda baş rollardan birini ifa edir. O, əvvəllər də homoseksual münasibətlərin tərəfdarı kimi çıxış edib.

Bununla belə Anqola əhalisinin əksəriyyəti konservativdir. Ona görə də serialda iki kişinin öpüşməsi onları qəzəbləndirib.

Anqolada homoseksual münasibət ölkədə qanunsuz sayılmır.

Ölkə əhalisinin yarıdan çoxu xristiandır.

# 1065 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #