Nuriyyə Əhmədova səhhətindən danışdı

Nuriyyə Əhmədova səhhətindən danışdı
11 iyun 2014
# 12:57

Kinoaktrisa Nuriyyə Əhmədovadan Kulis.az-a səhhəti ilə bağlı açıqlama verdi:

“Maştağada rəfiqəmin bağında istirahət edirəm. Şükür Allaha ki, yataq xəstəsi olmadım. Həkimin dediklərinə riayət edirəm, gimnastika ilə məşğul oluram... Sümükdür bu, gec sağalır, təbii. Əyilib qalxanda ağrılarım olur. Gəzirəm, ayaq üstəyəm. Demək olar ki, sağalmışam.

İş qabiliyyətim var. Film təklifi olsa imtina etməyəcəyəm, mütləq çəkiləcəyəm. Sənət hər şeyi yaddan çıxarır. Xəstəliyi də”.

Xatırladaq ki, Nuriyyə xanım bir neçə ay əvvəl avtobusdan yıxılaraq bel sümüyünü sıındırmışdı.

# 2215 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #