Kusturitsa belarus partizanlardan film çəkəcək

Kusturitsa belarus partizanlardan film çəkəcək
29 aprel 2015
# 11:24

Serb rejissoru Əmir Kusturitsa sentyabrın axırında “Süd yolunda” filminin çəkilişlərini bitirəcək. Kulisin xarici mətbuata istinadən verdiyi məlumata görə film 2016-cı ildə Kann festivalında nümayiş etdiriləcək.

Rejissor 2017-ci ildə belorus partizanları haqda olan “İndi yoxsa, bəs nə vaxt?” filminin çəkilişlərinə başlayacağını da bildirib. Çəkilişlər Belarusda baş tutacaq.

“İndi yoxsa, bəs nə vaxt?” filmi italiyalı Primo Levinin eyniadlı romanı əsasında çəkiləcək. Kitab 1982-ci ildə çap olunub, Kampiello və Viaredcio mükafatına layiq görülüb. Roman İkinci Dünya Müharibəsində Belarusdakı partizan hərəkatından bəhs edir.

Kusturitsa ssenarini daimi həmmüəllifi Qoran Mixniçlə birgə yazıb. “İndi yoxsa, bəs nə vaxt?” filminin birgəistehsalı ilə “Belarusfilm” və Cinema Soleil fransız şirkəti məşğul olacaq.

Kusturitsa “Nə qədər ki, ata məzuniyyətdədir” və “Undergraund” filmlərinə görə iki dəfə Kann mükafatı laureatı olub.

# 1167 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #