“Mənim gühanım” 50 il sonra “Azdrama” da

“Mənim gühanım” 50 il sonra “Azdrama” da
7 mart 2016
# 11:11

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində xalq yazıçısı İlyas Əfəndiyevin “Mənim günahım” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş etdirilib. Teatrın mətbuat xidmətindən Kulisə verilən məlumata görə, səhnə əsəri xalq artisti Mərahim Fərzəlibəyovun quruluşunda təqdim olunub.

İki hissəli dramatik və etiraf dolu səhnə əsərinin quruluşçu rəssamı İlham Elxanoğludur. Maraqlı səhnə yozumu olan, müasir həyat həqiqətləri və romantik bir sevgi dastanını xatırladan əsərdə əsas rolları xalq artistləri Məleykə Əsədova, Hacı İsmayılov, əməkdar artistlər Elşən Rüstəmov, Əjdər Həmidov, Hicran Nəsirova, aktyorlar Günel İmanova, Elnar Qarayev, Rüstəm Rüstəmov, Ləman İmanova və başqaları ifa ediblər.

Qeyd edək ki, 1967-ci ildə qələmə alınan pyesin ilk tamaşası elə həmin ildə Əşrəf Quliyevin quruluşunda təqdim olunub. Pyesin motivləri əsasında 1985-ci ildə eyniadlı ekran əsəri də yaradılıb. Yarım əsrlik zaman fasiləsindən sonra Akademik Milli Dram Teatrı yenidən bu pyesə müraciət edib.

# 1345 dəfə oxunub

Müəllifin son yazıları

# # #