Ələkbər Salahzadənin ölümünə

Ələkbər Salahzadənin ölümünə
31 avqust 2016
# 12:24

Bu gün görkəmli şair Ələkbər Salahzadənin anım günüdür. Sim-sim.az bu münasibətlə Səfər Rzasoylunun görkəmli şairin ölümünə yazdığı şeiri təqdim edir.

Behişt

…Ağzına su alıb susurdu çay da,

Nə yarpaq dinirdi, nə bir xatirə.

Azıb yarısını yarımcan Ay da,

Qonub bir ağaca baxırdı Yerə.

Çiçək qoxusundan, ulduz sayından-
Sükut yelləncəyi hörmüşdü Tanrı;
Sükut yelləncəyi yırğalanırdı-
Gecədən uzaqda yatırdı hamı.

O isə dəlisov, utancaq uşaq…
Onunçun bəlkə də gecə- pəncərə ?!
Tullanıb getmişdı sözdən də uzaq-
Hər anın ilk sevgi olduğu yerə.

# 905 dəfə oxunub

Müəllifin son yazıları

# # #