Azərbaycanın görkəmli dramaturqu Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə “ARB Aranfilm” yaradıcı mərkəzində yeni sənədli film çəkilib.
Kulis.azın verdiyi xəbərə görə, "Zülmətdən doğan işıq" adlanan bədii-sənədli filminin nümayişi bu gün Yunus Əmrə institutunda baş tutacaq.
Filmdə C.Cabbarlının Rusiya İmperasiyasında və sovet dönəmində Azərbaycan Cümhuriyyətində ədəbi və siyasi proseslərdə fəal iştirakından bəhs olunur. Film əsasən ədibin Cümhuriyyət dönəmində və sonrakı siyasi fəaliyyəti üzərində qurulub.
- Məşhur bəstəkar vəfat etdi
- Əhliman Əmiraslanov: "AMEA-nın nüfuzuna xeyli zərər dəyib"
- "Miniyonlar 3" cizgi filmi nə vaxt nümayiş olunacaq
Filmin rejissoru və ssenari müəllifi Babək Abbaszadədir. Filmdə Cəfər Cabbarlı obrazını aktyor Şəmistan Süleymanlı canlandırır.