Nazir: "Cabbarlının evi bizə məxsus deyil"

<span style="color:red;">Nazir:  "Cabbarlının evi bizə məxsus deyil"
5 mart 2019
# 14:55

“Cəfər Cabbarlının ev muzeyi 2006-cı ildən dövlət balansında deyil”.

ONA xəbər verir ki, bunu mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

O bildirib ki, bina Cəfər Cabbarlının varislərinə məxsusdur. “Onları varislikdən məhrum etmək etik qaydalara sığışmır. Bina artıq baxımsız vəziyyətdədir, amma dövlət balansında olmadığı üçün biz onu təmir edə bilməmişik. Biz yalnız 2010-cu ildə muzeyin eksponatlarını Tear muzeyinə köçürmüşük. Əgər Cəfər Cabbarlının ailəsi orada bina tikilməsinə qərar versə biz bununla razılaşmalı olacağıq. Mən deyim ki, dünyada və ölkəmizdə də belə təcrübə var”.

# 1448 dəfə oxunub

Müəllifin son yazıları

# # #