Xalq artisti Hikmət Rəhimovu təhqir etdi

Xalq artisti Hikmət Rəhimovu təhqir etdi
28 oktyabr 2016
# 13:55

Bu yaxınlarda Xalq artisti Fuad Poladov Akademik Milli Dram Teatrından istefa verdi. Tanınmış aktyor gənc aktyor Hikmət Rəhimovun “Azdrama”dan çıxarılmasına etiraz olaraq bu addımı atdı.

Kulis.Az-ın məsələ ilə bağlı rəy aldığı Xalq artisti Ramiz Məlik Azər Paşa Nemətov ilə Fuad Poladovun münasibətləri qaydasında olduğunu bildirib: “Bütün bunları eləyən o dələduz Hikmət Rəhimovdur. O Hikmət ki Mehdi müəllimin (Rejissor Mehdi Məmmədov-red) oğlunu döymüşdü. İşi polisə düşüb indi. Çıxsın desin də bunları. Kişidir, desin hamısını. Desin, mən tərbiyəsizəm, dələduzam. Onun ayağı YUĞ teatrına dəyən kimi başladı bu həngamə. Hegemonluq eləyirdirlər. İsrafil İsrafilov da buna şərait yaradırdı.”

Hikmət Rəhimov isə Ramiz Məlik haqqında bunları deyib: “Ramiz Məliki tanıyıram. Bu açıqlamasına təəccüblənmirəm. Allah canını sağ eləsin. “Azdrama”da bu cür şeylər çox olur. Normal qarşılayıram. Belə də olmadı”

# 1098 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #