Aktyor camaatdan pul topladı

Aktyor camaatdan pul topladı
28 fevral 2018
# 11:01

Rus yazıçısı Sergey Dovlatovun “Qoruq” povestinin motivləri əsasında film çəkilib.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Anna Matisonun çəkdiyi “Puşkin. Viski. Rok-n-roll” adlanan filmdə əsas rolda Rusiyada məşhur olan aktyor Sergey Bezrukov oynayacaq.

Filmdə hadisələr bizim dövrlərdə cərəyan edir, əsas qəhrəman yazıçıdan musiqiçiyə çevrilir, lakin Dovlatovun varisləri onun povestinin belə “oxunması”ını yaxşı qarşılayıblar.

Filmdə Bezrukovdan başqa Polina Qaqarina, Qoşa Kutsenko, Leonid Aqutin, Mitya Xrustalyov, Anna Mixalkova, Yevgeniya Kreqjde və başqa artistlər çəkiliblər.

Filmin çəkilişi üçün lazımi məbləğ Kraudfandinq (xalqdan ianə toplama) yolu ilə əldə olunub. Belə ki, Sergey Bezrukov pərəstişkarlarına müraciət edib və onun müraciəti cavabsız qalmayıb.

# 1107 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #