Azərbaycan Dövlət Yuğ Teatrı yeni mövsümə start verir. Teatrın mətbuat xidmətindən Kulis.aza verilən məlumata görə yeni mövsümün açılışı “Naməlum Axundzadə” (M.F.Axundzadə) tamaşası ilə olacaq.
Tamaşanın quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı əməkdar rəssam Rəşid Şerif, musiqi tərtibatçısı isə Ramiq Mehdidir.
Tamaşada əməkdar artistlər Fərhad İsrafilov, Məmmədsəfa Qasımov, Vidadi Həsənov, Sonaxanım Mikayılova, Gülzar Qurbanova, Yaqut Paşazadə, aktyorlar Zümrüd Qasımova, Hikmət Rəhimov çıxış edir.
- Portman “Yəhudi Nobeli”nin sahibi oldu
- “A-Hub” Akselerasiya Proqramının qalibləri mükafatlandırıldı
- Zəlimxan Yaqub Fəxri xiyabanda dəfn olundu - FOTOLAR
Tamaşa Azərbaycan Dövlət Kukla Teatrının binasında bu gün, saat 19:00-da başlayacaq.