Nazirlik yeni filmlərdən danışdı

Nazirlik yeni filmlərdən danışdı
7 may 2015
# 11:02

Yaxın günlərdə 4 yeni filmi tamaşaçılara təqdim etməyə hazırlaşan Mədəniyyət və Turizm Nazirliyi daha iki yeni kino layihənin istehsalata buraxılmasına qərar verib. Nazirliyin kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov Kulisə açıqlamasında bunların “Eviniz abad” və “Poist Skriptium” filmləri olduğunu bildirib.

O, bunlardan birinin komediya olduğunu söyləyib: “Mirsadıq Ağazadənin işçi adı “Eviniz abad” (“Köşk”) olan filminin hazırlıq prosesinə başlanılıb. Komediya janrında olan filmin ssenari müəllifi İmir Məmmədlidir.”

Nobelin Bakıdakı tarixi haqqında çəkiləcək digər filmin rejissoru isə Emil Mirabdullayevdir. “Post Skriptium” adlanan qısametrajlı bədii filmin ssenarisini Ramiz Fətəliyev yazıb.

# 1310 dəfə oxunub

Müəllifin son yazıları

# # #