Dünən gecə dünyasını dəyişən Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu ölümündən 2-3 gün əvvəl möhkəm əsəbiləşib.
Şair Dayandur Sevginin Kulis.Az-a verdiyi xəbərə görə mərhumun təqaüdlə bağlı bir nəfərlə bərk mübahisəsi düşüb: “Bizim otaqlarımız bir-birinə yaxın idi. Otağımdan Ədalət müəllimin səsini eşitdim. Tanımadığım bir nəfərə başa salmağa çalışırdı ki, o şəkər xəstəsidir, ondan əl çəksinlər, narahat etməsinlər. Hətta baş daşının hazır olduğunu, özünə məzar yeri seçdiyini də deyirdi”.
Şəkər xəstəsi olan Ədalət Əsgəroğlu dünən gecə insultdan keçinib.