Tanınmış Azərbaycan rejissoru vəfat etdi

Tanınmış Azərbaycan rejissoru vəfat etdi
4 may 2015
# 11:02

Tanınmış rejissor Nicat Lətif oğlu Feyzullayev uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.

Bu barədə Kulisə C.Cabbarlı adın “Azərbaycanfilm” kinostudiyasından məlumat verilib.

Nicat Feyzullayev quruluş verdiyi “Küçələrə su səpmişəm”, “Qızıl balıq”, “Arvadım mənim, uşaqlarım mənim” bədii filmləri və bir çox sənədli filmlərlə, “Mozalan” süjetləri ilə kinosevərlərin rəğbətini qazanıb. Nicat Feyzullayev görkəmli rəssamlar Vəcihə Səmədova və Lətif Feyzullayevin oğlu idi.

Dəfn mərasimi bu gün saat 16:00-da İnşaatçılar prospekti, 28 ünvanda yerləşən və «Rəssamlar evi» kimi tanınan binada keçiriləcək.

# 2101 dəfə oxunub

Müəllifin son yazıları

# # #