Şakira səs tellərini zədələyib

Şakira səs tellərini zədələyib
28 dekabr 2017
# 10:26

Müğənni Şakira El Dorado dünya turunu yenidən təxirə saldı.

Kulis.az-ın verdiyi xəbərə görə, ulduz müğənni səhhətində problem yaşamasını əsas gətirib.

Hal-hazırda ifaçı zədələnmiş səs tellərinin bərpa etmək üçün çalışır.

Bundan əvvəl Avropadakı konsertlərini ləğv etmişdi, indisə o Şimali Amerikada çıxış etməkdən imtina etməli olub.

Şakira 2018-ci ilin yayında qastrola çıxacaq. Tur İyunun 5-də Almaniyada başlamalıdır. Müğənni fanatlarına və dostlarına bu bir neçə həftədə onu dəstəklədikləri üçün təşəkkür edib

# 891 dəfə oxunub

Müəllifin son yazıları

# # #