“Tanrıya 14 məktub” tamaşası olacaq

“Tanrıya 14 məktub” tamaşası olacaq
15 mart 2019
# 10:04

Gənc Tamaşaçılar Teatrında fransız dramaturqu Erik Emmanuel Şmidtin “Oskar və çəhrayı dama” əsəri əsasında hazırlanan “Tanrıya 14 məktub” tamaşasının ictimai baxışı olub.

ONA xəbər verir ki, tamaşanın premyerası martın 24-də baş tutacaq.

Tamaşaya teatrın rejissoru, əməkdar artist Nicat Kazımov quruluş verib. Tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayev, xoreoqrafı əməkdar artist Nailə Məmmədzadədir. Tryukların quruluşu İsa Əsədova, musiqi tərtibatı Şamxal Novruzluya aiddir.

Rolları Anar Səfiyev, Zemfira Əbdülsəmədova, Mirsənan Kazımlı, Qəmər Məmmədova, Ramil Məmmədov, Bəhram Həsənov, Zümrüd Quliyeva, Aygün Fətullayeva, Vahid Orucoğlu, Təhminə Məmmədova, Anar Seyfullayev, Nurlan Süleymanlı, Zülfiyyə Alhüseynova, Müşfiq Əliyev, Araz Pirimov canlandırırlar.

Qeyd edək ki, bu əsərə dünyanın müxtəlif teatr səhnələrində quruluş verilib və son illər bu tamaşalar böyük maraqla qarşılanıb. Lakin bu dəfə tamaşanın yaradıcı heyəti daha orijinal yanaşma ortaya qoyublar. Monotamaşa kimi bir aktyorun ifası üçün yazılan əsər 14 iştirakçı ilə qurulub.

# 3752 dəfə oxunub

Müəllifin son yazıları

# # #