Dəhşət filmləri çəkən rejissor öldü

Dəhşət filmləri çəkən rejissor öldü
31 avqust 2015
# 09:58

Avqustun 30-da məşhur Amerika rejissoru Ues Kreyven vəfat edib. Kulisin rus mətbuatına istinadən verdiyi məlumata görə 77 yaşlı rejissor son illər beyin xərçəngindən əziyyət çəkirdi.

Kreyven dəhşət filmlərinin klassiki hesab olunur. Rejissorluq karyerası boyunca 30-a yaxın film çəkib.

Onun ilk filmi 1972-ci ildə çəkdiyi “Soldan axırıncı ev” olub.

Rejissora dünya şöhrətini isə 1984-cü ildə çəkdiyi “Qarağaca küçəsindəki qarabasma” filmi gətirib.

# 1069 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #