“My Film School”un ikinci qəbulu

“My Film School”un ikinci qəbulu
25 fevral 2015
# 12:51

Artıq bir aydır ki "My Film School" da dərslər başlayıb. Məktəbdə dərslər xalq artisi Vaqif Əsədovun, əməkdar artist Qurban İmayilovun, Əli İsa Cabbarovun, Cavid Təvəkkülün, Rasim Cəfərin ustad təlimləri ilə davam edəcək.

Hazırda isə “My Film School” müraciətləri nəzərə alaraq artıq ikinci qəbulu elan edir.

Qəbul vaxtının son tarixi 2015-ci ilin martın 2-ə kimidir.

Kursda aktyorluq, rejissorluq, montaj və operatorluq üzrə təlimlər keçiriləcək.

Qeyd edək ki, kursda təhsil alan montajçılar və operatorlar "SOY" prodakşnda təcrübə keçəcəklər və istedadlı tələbələr işə götürüləcək.

Kursun sonunda sertifikat veriləcək.

Rejissorlar isə məktəbin texniki bazasının hesabına qısametrajlı film çəkəcəklər. Təlim keçmiş aktyorlar da bu filmlərdə rol alacaqlar.

Əlaqə nömrələri: 012 4332849, 0503417212

# 1356 dəfə oxunub

Müəllifin son yazıları

# # #