Rusiya Oskara bu filmi göndərir

Rusiya Oskara bu filmi göndərir
26 sentyabr 2019
# 11:44

Rusiya Amerika kinoakademiyasının Oskar mükafatı uğrunda “Ən yaxşı xarici dildə ən yaxşı film” nominasiyasında yarışmaq üçün Kantemir Balaqovun “Dılda” filmini göndərir.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, 28 yaşlı rejissorun “Dılda” filmi hələ ötən il Kann festivalının “Xüsusi baxış” proqramında Kann jürisi tərəfindən "Ən yaxşı rejissor işinə görə" qiymətləndirilmişdi.

“Dılda” döyüş-dramı müharibənin insanlara vurdu]u travmalardan bəhs edir. “Müharibə trravması bizi, kütləvi olanı fərdi, tək-tək edir.” – deyə rejissor öz filminin mövzusunu izah edib.

Xatırladaq ki, Amerika Kinoakademiyasının Oskar mükafatlandırma mərasimi gələn ilin fevralında keçiriləcək.

# 2279 dəfə oxunub

Müəllifin son yazıları

# # #