Qarabağ haqda film gəlir

Qarabağ haqda film gəlir
8 iyun 2017
# 13:15
“Üçüncü günün adamı” filmi təqdim olunacaq.

 
Kulis.Azın verdiyi məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsalatı başa çatan “Üçüncü günün adamı” adlı tammetrajlı tamaşaçılara təqdim olunacaq. Nazirlikdən verilən xəbərə görə, bədii filmin təqdimatı iyunun 30-da, saat 19.00-da Nizami kinoteatrında baş tutacaq.
Psixoloji dram janrında çəkilən film Kəlbəcər rayonundan olan şəxsin Qarabağ hadisələri ərəfəsində müəyyən səbəblərə görə həbsxanaya düşməsi, azadlığa çıxdıqdan sonra valideynlərinin düşmən tapdağı altında qalmış məzarını ziyarət etmək üçün müxtəlif yollar axtarmasından bəhs edir. 

 
Yusif Şeyxovun ssenarisi əsasında çəkilən filmin rejissoru Babək Şirinsifət, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamı Rafiq Nəsirov, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.

 
Filmdə rolları Hikmət Rəhimov, Rasim Cəfər, Kamran Ağabalayev, Nicat Əli, Mehriban Zəki, Zarina Qurbanova və digərləri canlandırır.
# 1112 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #