Bu həftə YUĞ-da

Bu həftə YUĞ-da
12 dekabr 2016
# 16:00

YUĞ teatrında bu həftə yeni tamaşalar nümayiş olunacaq. Kulis.Azın verdiyi məlumata görə, 13 dekabr “Rindü-Şeyda”, 14 dekabrda isə “Boy” tamaşası göstəriləcək.

“Rindü-Şeyda” tamaşasının quruluşçu rejissoru, teatrın baş rejissoru Gümrah Ömərdir. Mərcan Dədənin “Sufi arzuları” musiqili kompozisiyası əsasında hazırlanan tamaşada rolları Mətanət Abbas, Təranə Ocaqverdiyeva və Amid Qasımov ifa edir. Tamaşada Məhəmməd Füzulinin, Ramiz Rövşənin, Kamal Abdullanın, Salam Sarvanın şeirləri səsləndiriləcək.

“Boy” tamaşasının ideya və quruluşu Tərlan Enginə aiddir. Səhnə əsərinin quruluşçu rəssamı Rəşid Şərif, rejissoru Ər-Toğrul, geyim üzrə rəssam Leyla Əliyeva, musiqi tərtibatçısı Mələk Vəlizadədir.

Səhnə əsərində rolları əməkdar artistlər Məmməd Səfa, Yaqut Paşazadə, aktyorlar Təranə Atacan, Könül Cəfərzadə, Amid Qasım, Vüqar Hacı, Elgün Həmid ifa ediblər.

Tamaşada insan və onun ideyaları, arzuları, gələcəyə baxışları öz əksini tapıb. Vurğulanıb ki, çoxları etiraf etməsə də, hər kəs ölümsüz həyat arzulayır. Bunun yolu isə, nə qədər paradoksal səslənsə də, ölümdən keçir.

# 2068 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #