#

Kann festivalında Tarantinonun filminin premyerası keçirilib

Kann festivalında Tarantinonun filminin premyerası keçirilib
22 may 2019
# 13:33

Kventin Tarantinonun “Bir dəfə Hollivud”da (Once upon in time in Hollywood) filmi təqdim olunub.

Kulis.az-ın verdiyi xəbərə görə, Kann kinofestivalın əsas mükafatı olan “Qızıl palma budağı” uğrunda əsas müsabiqə proqramında yarışan filmin premyerası qaydalara görə festival çərçivəsində baş tutub.

Premyerada baş rolun ifaçıları - Bred Pit, Leonardo Di Kaprio və Marqo Robbi iştirak ediblər. Müxbirlərə müsahibə verən Pred Pit bildirib ki, Tarantino kinematoqrafiya ənənələrinin dahi nümayəndəsidir. Aktyor həm də qeyd edib ki, bu film Tarantinonun Hollivuda, Los-Ancelesə və kinoya bir sevgi ismarıcıdır.

Filmdə hadisələr 1969-cu ildə Los-Ancelesdə cərəyan edir. Kinotənqidçilərin fikrinə görə “Bir dəfə Hollivud”da əsəri Kann festivalında ən çox gözlənilən filmlərdəndir.

“Tarantino bizim festivalın fərdi iştirakçılarından biridir və biz hər zaman onun yeni əsərlərini səbirsizliklə gözləyirik”,-deyə festivalın baş direktoru Terri Fremo müxbirlərə müsahibəsində deyib.

Xatırladaq ki, Kventin Tarantino 1994-cü ildə “Kriminal qiraət” (Pulp Fiction) filminə görə “Qızıl palma budağı”na layiq görülüb.

# 1328 dəfə oxunub

Müəllifin son yazıları

# # #