"Ustad və Marqarita"nın aktyoru vəfat etdi

"Ustad və Marqarita"nın aktyoru vəfat etdi
2 iyul 2024
# 13:55

Kulis.az xəbər verir ki, Lensovet adına teatrın aktyoru Vladimir Matveyev vəfat edib.

72 yaşlı aktyorun ölüm səbəbi dəqiqləşməyib.

Vladimir Matveyev 1974-cü ildə təhsilini tamamlayandan sonra Lensovet adına teatrda işə başlayıb. Bu teatrın səhnəsində “İnadkarın ram edilməsi”, “Üç qəpiklik opera”, “Ötən yay Çulimskdə”, “Karenin. Anna. Vronski” və başqa tamaşalarda rol alıb.

“Sınıq fənərlər küçəsi”, “Tədqiqat sirləri”, “Ustad və Marqarita”, “Xüsusi təyinatlı agent” və başqa seriallarda da yaddaqalan obrazlar yaradıb.

# 702 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #