Məşhur aktrisa Tilda Suinton bu ilin sonuna qədər heç bir filmdə oynamayacağını açıqlayıb.
Kulis.az xəbər verir ki, aktrisa bunu "Fəxri qızıl ayı" mükafatını qazandığı Berlin Film Festivalından əvvəl keçirilən mətbuat konfransında açıqlayıb:
"Son 15 ildə fərqli şeylər etmək istəyirdim. Artıq bir az dincəlmək vaxtıdır. Həyatımda uzun müddətdir gözlədiyim yeni səhifə açılır. Ona görə də bu ilin sonuna qədər heç bir filmdə çəkilməyəcəyəm".
- “Yaddan daha yad olan buz kimi qucaqlarda”
- Xoşbəxt şəkillərimizə qayğılar çökür... - Fərid Hüseyndən yeni şeir
- Cəlil Cavanşir: “Mən intiharı təbliğ etmirəm”
Aktrisa mükafata ispan rejissor Pedro Almodovarın "Qonşuluqdakı otaq" filmindəki perfomansından sonra layiq görülüb.
Qeyd edək ki, o, “Yalnız sevənlər sağ qaldı", “Benjamin Battonun qəribə hekayəsi”, “Narniya salnamələri" filmləri ilə tanınır.