Azərbaycan Kinematoqrafçılar İttifaqı yeni təlimə start verir.
Kulis.az xəbər verir ki, AKİ-nin elan etdiyi "Mən qadınam" tammetrajlı bədii ssenari müsabiqəsinə qatılmaq istəyənlər, lakin ssenari yazılışı texnikasına bələd olmayanlar "Ssenaristin əlifbası" ibtidai intensiv təlimə qoşula bilərlər.
Təlimin mentoru, rejissor və prodüser Oleq Səfərəliyevdir.
Təlim, 18-19-25-26 yanvar tarixlərində AKİ-nin Bülbül prospekti 30 ünvanında yerləşən ofisində keçiriləcək.
İştirak etmək istəyənlər [email protected] email ünvanına "Ssenaristin əlifbası" başlığı altında müraciət etsin. Ad, soyad və iştirak tarixini qeyd etməyi unutmayın.
Təlimdə iştirak ödənişsizdir!