"Heç yerə çıxarda bilmirik" - Vaqif Bayatlıdan xəbər var

"Heç yerə çıxarda bilmirik" - Vaqif Bayatlıdan xəbər var
10 iyul 2020
# 12:52

“Heç yerə çıxarda bilmirik. Həkim yanına apara bilmirik”.

Bu sözləri Kulis.az-a açıqlamasında Vaqif Bayatlının həyat yoldaşı Tamam Bayatlı söyləyib.

“Ümumiyyətlə səhhətinin necəliyini yoxlamaq üçün gərək ki, 6 aydan sonra Türkiyəyə aparmış olaydıq, amma karantinə görə apara bilmədik”.

Tamam Bayatlının söylədiyinə görə, şairin ümumi vəziyyəti yaxşıdır, hərəkətində, qidalanmasında problem yoxdur.

“Ovqatı pis deyil, yaxşıdı. Sözsüz ki, onun dərmanları, dozası dəyişdirilməlidir. Yazılmış dərmanlar altı aylıq idi. Biz də həmin dərmanları uzadırıq, artıq 8 aydı eyni dərmanlı qəbul edir. Ancaq mütəxəssilər deyir ki, 6 aydan sonra yoxlanmalı və dərmanlar təzələnməli idi. Onu da edə bilmirik”.

O, daha sonra bunları əlavə edib:

“Karantinə görə gözləyirik. İnşallah dövlətin gördüyü tədbirlərlə karantin bitər, xəstəlik azalar. Yollar açılan kimi Türkiyəyə aparmaq niyyətindəyik. Allah qoysa!”

# 2962 dəfə oxunub

Müəllifin son yazıları

# # #