Rəngkarlıq Muzeyində gənclər üçün ustad dərsləri davam edir

Rəngkarlıq Muzeyində gənclər üçün ustad dərsləri davam edir
23 iyun 2021
# 15:01

Azərbaycan Rəngkarlıq Muzeyində rəssamlığa həvəsi olan 16 yaşdan yuxarı gənclər üçün “Özünü kəşf et” adlı ustad dərsləri davam edir.

Kulis.az xəbər verir ki, növbəti dərs bu gün saat 19:00-da Gülnarə Ələkbərlinin rəhbərliyi ilə “Linoqravüra” mövzusuna həsr ediləcək. Sonuncu dərs isə iyunun 30-da Museyib Əmirovun rəhbərliyi ilə “Bakı– Mənim şəhərim" mövzularına həsr olunacaq.

Qeyd edək ki, təcrübəsindən asılı olmayaraq hər kəs dərslərdə iştirak edə bilər. Bütün ləvazimatlar muzey tərəfindən qarşılanır.

Yerlər məhdud olduğundan qeydiyyatdan keçmək zəruridir. Qeydiyyat çərşənbə axşamı – bazar günü saat 12:00-dan 20:00-dək aparılır.

Ustad dərsləri ödənişsizdir.

# 1617 dəfə oxunub

Müəllifin son yazıları

# # #