Azərbaycan Kinematoqrafçılar İttifaqının 1 oktyabr 2025-ci il tarixində elan etdiyi “Sən, ey uşaqlıq” tammetrajlı bədii film ssenari müsabiqəsinin finalçıları müəyyənləşib.
Kulis.az finalçıların siyahısını təqdim edir.
Azər Allahverdi – “Rüzgar”
Ülviyyə Heydərova – “Bir, iki, üç”
Elvin Məcidli – “Akvarium”
Elxan Xanəlizadə – “Mustafa”
Fərid Hüseynli, Xan Abdulla – “Yazgülün nəvəsi”
Mirsadıq Ağazadə – “Bayramınız mübarək”
Nurlan Həsənli – “Anam xaric”
Reyhan Yusifqızı – “Qapı arxasında o”
Rövşən Məmmədov – “Qardaşım”
Şəbnəm Xeyrulla – “Meşə növbətçisi”
Qeyd edək ki, öncə, ssenarilərin qəbulu üçün son gün 2026-ci il 1 aprel tarixi müəyyən olunsa da, müraciətlərin axınını nəzərə alaraq, sonradan bu tarixi aprelin 15-nə qədər uzatmaq qərarı verilib.
Bu müddət ərzində [email protected] elektron ünvanına 39 adda ssenari daxil olub. Texniki parametrlərə cavab verməyən 8 ssenari müsabiqədən kənarlaşdırılıb, 31 ssenari isə seçim mərhələsinə buraxılıb. Qalib ssenarilər 2 avqust 2026-cı il tarixində elan olunacaq. Qaliblər (I, II, III yerlər, pul mükafatı 5000 AZN, 3500 AZN, 2500 AZN) diplom və pul mükafatı ilə təltif ediləcəklər.