“Paramount” “Warner Bros.”u 110 milyard dollara alır

“Paramount” “Warner Bros.”u 110 milyard dollara alır
2 mart 2026
# 10:45

"Warner Bros. Discovery" "Paramount Skydance" ilə 110 milyard dollar dəyərində birləşmə razılaşması imzalayıb.

Kulis.az xəbər verir ki, bu barədə rəsmi açıqlama "Paramount"un saytında dərc olunub.

Razılaşmanın qüvvəyə minməsi üçün sənədin "European Commission" tərəfindən təsdiqlənməsi tələb olunur.

Məlumata görə, birləşmiş şirkət hər il azı 30 filmi kinoteatrlarda nümayiş etdirməyi planlaşdırır. Onların 15-i "Warner Bros.", digər 15-i isə "Paramount Pictures" tərəfindən istehsal olunacaq.

Daha əvvəl “Warner Bros.” ilə əməkdaşlıq müqaviləsi olan "Netflix"lə razılaşmanın ləğvi üçün “Paramount” 2,88 milyard dollar məbləğində kompensasiya ödəyəcək.

Xatırladaq ki, “Netflix” daha əvvəl “Warner Bros.”un satın alınmasından imtina edib. Bildirilir ki, “Paramount” daha sərfəli təklif irəli sürdükdən sonra “Netflix” qiyməti artırmayıb və bu alışın maliyyə baxımından cəlbedici olmayacağını bəyan edib.

Nəticədə, “Paramount” “Warner Bros. Discovery”ni 110 milyard dollara tam şəkildə əldə edib.

“Netflix” isə yalnız “Warner Bros.” kinostudiyasını, “HBO Max” platformasını və HBO telekanalını 82,7 milyard dollara almağı planlaşdırırdı.

# 84 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər