Məşhur rejissor Kristofer Nolanın yeni filmi rekorda imza atıb.
Kulis.az xəbər verir ki, rejissorun Homerin "Odisseya" epik poeması əsasında lentə aldığı eyniadlı film premyerasının ilk həftəsində 264 milyon dollar gəlir əldə edib.
Nolanın yeni filmi təkcə kinoteatrlarda deyil, kitab bazarını da rekord qırıb. Filmin yaratdığı böyük ajiotaj orijinal dastana olan marağı kəskin şəkildə artırıb. Belə ki, Böyük Britaniyada "Odisseya"nın kitab satışlarında 700 faiz, "Spotify" platformasında isə audiokitab dinləmələrində 680 faiz artım qeydə alınıb.
Mett Deymon, Tom Holland və Enn Heteueyin baş rollarını bölüşdüyü epik dram texniki göstəriciləri ilə də diqqət çəkir. Üç saatlıq bu ekran işi bütövlükdə "IMAX 70 mm" lent kamerasında çəkilən ilk film kimi kino tarixinə düşüb.