“AYB-dən üzr istəyə bilərəm, amma...” – Gənc şair danışdı

“AYB-dən üzr istəyə bilərəm, amma...” – Gənc şair danışdı
28 may 2019
# 12:20

“Mənim üzr istəməyimlə gənclərin bəzi problemləri həll olunacaqsa, bir deyil, beş dəfə üzr istəməyə hazıram.”

Bu sözləri Kulis.aza gənc şair Emin Piri AYB-nin onun yazdıqları ilə bağlı verdiyi açıqlamaya münasibət olaraq söyləyib. O, daha sonra əlavə edib:

“AYB üzvlüyündən çıxarılmaq kimi bir qorxum yoxdur. Yaradıcılıqdan kənar qalmaqal, gündəm yaratmaq da xəyalımdan keçmir. AYB on milyon vətəndaşın qurumudur. Bir şair olaraq dozanı aşan sözlər demişəmsə, çox mübaliğəli danışmışamsa üzr istəmək niyə də olmasın?!”

E.Piri belə bir addım atmazdan əvvəl AYB sədri Anarla görüşəcəyini bildirib:

“Anar müəllimlə görüşəcəyəm, dediklərimə aydınlıq gətirəcəyik. Mənə qaranlıq qalan, eyni zamanda əminəm ki, Anar müəllimə dediklərimlə bağlı qaranlıq qalan məsələlər var. Hər halda o da bunlara aydınlıq gətirməyimi istəyər. Görüşdə gənclərimizin bəzi istəklərini, planlarını, problemlərini dilə gətirəcəyəm. Ümid edirəm, o da narazı qalmayacaq.”

# 2666 dəfə oxunub

Müəllifin son yazıları

# # #