Xalqsız xalq şairləri - Hüseyn Arif

Xalqsız xalq şairləri - Hüseyn Arif
25 yanvar 2024
# 13:40

Kulis.az Hüseyn Arifin "Xalqsız xalq şairləri" şeirini təqdim edir.

Bir həyat şairi var,
Bir də vaxt şairləri.
Eldən, gündən xəbərsiz
Saray, taxt şairləri.

Biri haqqa daş atar,
Biri kölgədə yatar,
Kim sevib, kim yaşadar
Bu bədbəxt şairləri.

Biri var, üzdəniraq
Haça dil, hazıryaraq.
Qapı, baca, künc, bucaq
Əl-ayaq şairləri.

Hüseyn Arif, nə xəbər
Nə qədərmiş nə qədər
Başsız başa keçənlər
Xalqsız xalq şairləri.

# 1981 dəfə oxunub

Müəllifin son yazıları

# # #