“Mənim evim” film layihəsi beynəlxalq proqramda iştirak etdi

“Mənim evim” film layihəsi  beynəlxalq proqramda iştirak etdi
16 iyun 2026
# 12:40

“Mənim evim” film layihəsi 66-cı Krakov Film Festivalı çərçivəsində təşkil olunan “CEDOC Market” proqramında iştirak edib.

Kulis.az xəbər verir ki, Krakov Film Festivalı sənədli kino sahəsində Avropanın ən nüfuzlu festivallarından biri, onun tərkibində keçirilən “CEDOC Market” isə beynəlxalq prodüserlər, fondlarla birbaşa əməkdaşlıq imkanları yaradan mühüm sənaye platformasıdır.

Filmin süjet xətti 86 yaşlı Vəlinin ömrünün son günlərində keçmiş evini və yaxınlarının məzarını son dəfə ziyarət etmək arzusundan bəhs edir.

Filmin prodüseri Nicat Dadaşov, rejissoru Ülviyyə Əhmədovadır. Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən layihənin “CEDOC Market”də iştirakı üçün Nicat Dadaşov və Ülviyyə Əhmədovaya səfər dəstəyi göstərilib, iştirak haqqı isə Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən ödənilib.

Azərbaycan sənədli kinosunun inkişafı, eyni zamanda layihələrin beynəlxalq potensialının artırılması üçün inkişaf proqramlarında iştirakı prioritet sahələrdən biridir.

# 69 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər