Melaniya Tramp haqqında çəkilən film sərt tənqdi olundu

Melaniya Tramp haqqında çəkilən film sərt tənqdi olundu
10 fevral 2026
# 11:43

Hollivudun kənarlaşdırdığı rejissor Brett Ratnerın çəkdiyi və "Amazon MGM Studios" tərəfindən satın alınan “Melania” sənədli filmi tənqidçilər tərəfindən sərt qarşılanıb.

Kulis.az xəbər verir ki, film Melaniya Trampın birinci ledilik dövrünü təqdim etsə də, məzmun dərinliyinin olmaması və səthi yanaşma ilə diqqət çəkir.

Tənqidlərdə sənədli filmin propaqanda belə ola bilməyəcək qədər məqsədsiz olduğu vurğulanır.

Qeyd edək ki, layihə, həm rejissorun keçmiş qalmaqalları, həm də filmin siyasi və etik kontekstdə uyğun olmayan vaxtda yayımlanması səbəbilə mübahisələr yaradıb.

# 67 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər