Maykl Cekson haqqında bioqrafik film tənqidlərə rəğmən rekord qırdı

Maykl Cekson haqqında  bioqrafik film tənqidlərə rəğmən rekord qırdı
28 aprel 2026
# 14:00

Pop kralı Maykl Ceksonun həyatından bəhs edən "Michael" bədii filmi, 217,4 milyon dollarlıq qlobal açılış hasılatı ilə musiqili bioqrafiya janrında bütün zamanların rekorduna imza atıb.

"Euronews"un verdiyi xəbərə görə, Lionsgate tərəfindən istehsal olunan film, 200 milyon dollarlıq büdcəsinə və istehsal prosesində yaşanan hüquqi çətinliklərə baxmayaraq, həm ABŞ-da, həm də beynəlxalq kassada böyük uğur qazanıb.

Lakin ekran işi sənətçiyə qarşı yönəlmiş uşaq istismarı iddialarını görməzdən gəldiyi üçün tənqidçilər və bəzi ailə üzvləri tərəfindən "həqiqətləri gizlətməkdə" ittiham olunur.

Filmin final hissəsi hüquqi qadağalar səbəbindən yenidən çəkilib və hekayə yalnız sənətçinin uğurlu dövrlərinə fokuslanaraq 1988-ci ildə yekunlaşdırılıb.

Bu rekord başlanğıc, filmin janrın lideri olan "Bohemian Rhapsody"ni geridə qoyacağına dair güclü işarə hesab olunur.

# 89 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər