"Kişilər nə danışır?" filmindəki rolu ilə tanınan rusiyalı aktrisa Alisa Pesotskaya 54 yaşında dünyasını dəyişib.
Kulis.az xəbər verir ki, bu barədə məlumat "Kino-teatr.ru" portalında yer alıb.
Qeyd edək ki, Alisa Pesotskaya 1988-ci ildə Ümumrusiya Mədəniyyət Fondunun aktyorluq və rejissorluq kursunu bitirib. Təhsilini başa vurduqdan sonra o, "Slaviçi" Gənclər Kamera Teatrının səhnəsində müxtəlif obrazlarla çıxış edib.