Azərbaycanlı bəstəkar: "Mənim müəlliflik hüquqlarım burada yox, Almaniyada qorunur"

Azərbaycanlı bəstəkar:  "Mənim müəlliflik hüquqlarım burada yox, Almaniyada qorunur"
30 oktyabr 2023
# 12:22

"Mənim müəlliflik hüquqlarım burada yox, Almaniyada qorunur".

Kulis.az APA-ya istinadən xəbər verir ki, bunu bəstəkar Əməkdar artist Rain Sultanov Bakıda keçirilən Musiqi Forumunda panel müzakirə zamanı deyib.

Bəstəkar 90-cı illərdə buraxdığı albomdan sonra Azərbaycan Bəstəkarlar İttifaqına müraciət etdiyini, lakin bununla bağlı cavab almadığını deyib: "Müəlliflik hüquqları anlayışı çox ciddi məsələdir. Azərbaycan musiqisi böyük bir xəzinədir, onu onlayna köçürmək, müəlliflik hüququna sahib çıxmaq lazımdır".

Rain Sultanovun fikirlərinə cavab olaraq, Əqli Mülkiyyət Agentliyinin Aparat rəhbəri Xudayat Həsənli qeydiyyat üçün Bəstəkarlar İttifaqına yox, Agentliyə müraciət etmək lazım olduğunu bildirib: "Bu o qədər də çətin prosedur deyil. Bir həftə ərzində sizin müəlliflik hüququnuz barədə sizə geridönüş ediləcək, məsələ həllini tapacaq".

# 694 dəfə oxunub

Müəllifin son yazıları

# # #