Murad Köhnəqala İsveçdə qalmaqdan imtina edib

Murad Köhnəqala İsveçdə qalmaqdan imtina edib
16 mart 2014
# 01:27

Tanınmış yazar Murad Köhnəqala İsveçdə qalmaqdan imtina edib. Bu barədə lent.az-a hazırda İsveçdə olan M. Köhnəqala özü məlumat verib.

Onun bildirdiyinə görə, bu il martın 14-də Avropada yaşamaq üçün etdiyi müraciətdən rəsmən imtina edib: “Artıq bununla bağlı rəsmi məktub yazdım. Belə qərar qəbul etməyimə səbəb burda yaşaya bilməməyimdir. Yaxınlarım, dostlarım üçün darıxıram, bu mühitə uyğunlaşa bilmirəm”.

M. Köhnəqala tezliklə Azərbaycana qayıdacağını da deyib.

Qeyd edək ki, M. Köhnəqala ötən ilin noyabrın əvvəllərində İsveçə getmişdi. O, bu ölkədə yaşamaq üçün rəsmi müraciət edib və orda miqrantlar üçün yaradılmış düşərgədə yerləşdirilib.

# 2030 dəfə oxunub

Müəllifin son yazıları

# # #