İkinci mövsümdə qazancları 2 dəfədən çox artdı

İkinci mövsümdə qazancları 2 dəfədən çox artdı
2 sentyabr 2025
# 15:31

Türkiyəda maraqla izlənən “Uzak şehir” serialının aktyorları Ozan Akbaba və Sinem Ünsalın ikinci mövsüm çəkilişlərində hər bölüm üçün əldə edəcəkləri gəlir bəlli olub.

Kulis.az xəbər verir ki, serialın baş rollarında çıxış edən Akbaba və Ünsal hər bölüm üçün 1.5 milyon lirə (157 min 500 manat) qazanacaqlar.

İlk mövsüm çəkilişlərində aktyorlar hər bölüm üçün 600 min lirə (63 min manat) alırdı.

Qeyd edək, “Uzak şehir”in növbəti mövsümü sentyabrın 15-dən etibarən “Kanal D”də yayımlanacaq.

# 121 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər