Dünyanın ən çox qazanan müğənnisi həyatını dəyişdirən kitabı açıqladı

Dünyanın ən çox qazanan müğənnisi həyatını dəyişdirən kitabı açıqladı
20 avqust 2020
# 10:12

Dünyanin ən çox qazanan müğənnisi Adele həyatını dəyişdirən kitabın adını açıqlayıb.

Kulis.az xəbər verir ki, həyat yoldaşından boşandıqdan sonra verdiyi 45 kilo ilə xeyli vaxt gündəm olan məşhur müğənni Qlennon Doylun “Untamed-Stop Pleasing, Start Living” (Yabani- Məmnun etməkdən imtina edin, yaşamağa başlayın) adlı kitabının həyatını dəyişdirdiyini söyləyib. 32 yaşlı ulduz üz qapağını paylaşdığı kitab haqqında qısa olaraq fikirlərini belə izah edib:

“Əgər hazırsınızsa bu kitab beyninizi saracaq və ruhunuzun bağırmasına səbəb olacaq. Sanki ilk dəfə öz vücuduma girmiş kimi oldum. Həqiqətən də rahatlama və özündən möhkəm yapışma potensialına sahib hər kəs bunu etsin, oxusun, yaşasın, təcrübədən keçirtsin”

Adele həmçinin izləyicilərinə kitab oxuduqları zaman yanlarında bir qələm saxlamağı məsləhət görüb.

Qeyd edək ki, amerikalı yazıçı Qlennon Doylun “Untamed-Stop Pleasing, Start Living” bestselleri bu ilin mart ayında işıq üzü görüb.

Gallery

# 2133 dəfə oxunub

Müəllifin son yazıları

# # #