"Bu film mənim həyatımı dəyişdi" - Etiraf

"Bu film mənim həyatımı dəyişdi" - Etiraf
26 iyul 2024
# 10:37

“Matrix” və “Con Wick” filmləriylə dünya şöhrəti qazanan Keanu Rivz ona şöhrət gətirən “Matrix”i tərifləyib.

Kulis.az xəbər verir ki, məşhur aktyor Çin Mieville ilə birlikdə yazdığı "Başqa yerin kitabı" adlı yeni kitabını tanıtmaq üçün "The Late Show"da Stiven Kolbertin qonağı olub.

"Matrix mənim həyatımı dəyişdi. Ümumiyyətlə, bu illər ərzində çoxlu insanların həyatını, həqiqətən, müsbət və gözəl şəkildə dəyişdi. Bir sənətçi olaraq, əslində, hamı film çəkərkən və ya hekayə danışarkən məhz buna ümid edir..." - Reeves bildirib.

# 911 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #