Brendan Freyzerin yeni rolu məlum olub

Brendan Freyzerin yeni rolu məlum olub
23 iyul 2024
# 11:58

"Balina" filmindəki roluna görə 270 kilo çəki alan və aktyorluq oyununa görə "Oskar"a layiq görülən Brendan Freyzerin yeni rolu bəlli olub.

Kulis.az xəbər verir ki, 55 yaşlı Freyzerin " Təzyiq " filmində rol alacağı məlum olub. Məşhur aktyor "Təzyiq" filmində Müttəfiq Qüvvələrin komandanı Dwight D. Eisenhower obrazını canlandıracaq.

Rejissor Entoni Marasın çəkdiyi "Təzyiq" filmi Normandiya enişindən əvvəlki gərgin günlərdən bəhs edir. Filmin çəkilişləri sentyabrda İngiltərədə başlayacaq.

# 614 dəfə oxunub

Müəllifin son yazıları

# # #