"Ayaqlarımız kəsik-kəsik olmuşdu" - Deymon "Odisseya" haqqında danışdı

"Ayaqlarımız kəsik-kəsik olmuşdu" - Deymon "Odisseya" haqqında danışdı
24 iyul 2026
# 10:00

Amerikalı aktyor Mett Deymon Kristofer Nolanın "Odisseya" filminin aktyorlarına nəyin əziyyət verdiyindən danışıb.

Kulis.az xəbər verir ki, 55 yaşlı Deymon Homerin poemalarının personajı olan və Troya müharibəsindən sonra evə, Enn Heteueyin canlandırdığı həyat yoldaşı Penelopanın yanına qayıtmaq üçün 10 illik səyahətə çıxan Odisseyi canlandırır.

Aktyor etiraf edib ki, "Odisseya"nın aktyor heyəti çəkiliş zamanı geyindikləri səndəllərə görə ayaqlarını yaralayıblar:

"Bir çoxumuz orta yaşlı insanlarıq və belimiz ağrıyırdı. Bir də, ilahi, biz Troyanın içi ilə qaçırıq, hər yer daşlıqdır, sən isə bu səndəllərdəsən və onlar əsl səndəllərdir. Ayaqlarımız kəsik-kəsik olmuşdu".

Deymon həmçinin "Odisseya"nın çəkilişləri üçün 75 kiloqrama qədər arıqladığını etiraf edib.

# 102 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər