Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) “Ağ-qara hərflərin rəngli yuxuları” kino istehsalı layihəsinə yekun vurulub.
İttifaqdan Kulis.az-a bildirilib ki, bağlanış mərasimində layihəyə seçim şansı qazanmış və onu uğurla başa vurmuş iştirakçılar, o cümlədən layihəyə dəstək verənlər sertifikat və təşəkkürnamə ilə təltif ediliblər.
Sonra layihənin diplom işi olaraq çəkilmiş “Çevrilmə” qısametrajlı bədii filmi qonaqlara təqdim olunub.
Layihənin bədii rəhbəri rejissor, AKİ-nin İdarə Heyətinin üzvü Rövşən İsaxdır.
Qeyd edək ki, bu, AKİ-nin dördüncü layihəsidir. Bundan öncə “Qəlbdən qələmə” adlı ssenarinin inkişafı üzrə yay məktəbi, “Kino istehsalı A-dan Z-yə” intensiv kinorejissorluq kursları, “Peşəsi: ssenarist” qadın müəlliflər üçün ssenari emalatxanası layihələrini həyata keçirib.